Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı növbəti onlayn vətəndaş qəbulu həyata keçirmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən hər həftənin 2-ci günü keçirilən qəbul Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq video konfrans vasitəsi ilə hər həyata keçirilir.
Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən video qəbulda iştirak edən sakinlərə koronovirus epidemiyasının yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Operativ Qərargahın təlimat və tövsiyyələri, qəbul edilən qərarları, Prezident İlham Əliyevin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş sərəncam və tapşırıqları barədə məlumat verildi.
Keçirilən video qəbulda iştirak edən vətəndaşlar Ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımlarını dəstəklədiklərini bildirdilər, Ölkə Rəhbəri ilə həmrəy olduqlarını ifadə etdilər.
Qəbul zamanı sakinlərin məmnunluğu bir daha Cənab Prezidentin tapşırıq və göstərişlərinin Yevlax rayonunda uğurla həyata keçirildiyini sübut edir.