Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayon sakinlərinin nəzərinə!

08 aprel 2020 | 16:00


Koronavirus (COVID-19) pandemiyasının ölkədə məşğulluq məsələlərinə təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. İşsiz statusuna uyğun gələn şəxslər 10 aprel tarixində www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər, internetə əlçatanlığı olmayan vətəndaşlar isə Yevlax rayon Məşğulluq Mərkəzində yaradılmış qaynar xətlərə telefon vasitəsilə müraciət edə bilərlər.
Eyni zamanda Tədbirlər Planında 2 ay müdətində haqqı ödənilən ictimai iş yerlərinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi nəzərdə tutulmuşdur. Haqqı ödənilən ictimai işlərdə işləmək istəyən vətəndaşların eyni qayda ilə Yevlax rayon Məşğulluq Mərkəzində yaradılmış qaynar xətlərə müraciət etmələri xahiş olunur.
Yevlax rayon Məşğulluq Mərkəzinin qaynar xətləri


Tel: (02233) 6-64-24, 6-70-72, 6-61-13

Keçidlər