Şriftin ölçüsü :

Saytın rəngi :

MARAQLI TƏDBİRLƏR KEÇİRİLDİ

02 fevral 2013 | 16:00

Şəhər İcra Hakimiyyəti və Şəhər Gənclər və İdman İdarəsi 2 fevral gənclər günü münasibəti ilə geniş tədbirlər planı işləyib hazırlamışdır. Ələmətdar gün münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq, şəhərin fəal gəncləri ilk öncə Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən nadir foto-stendlərlə və eksponatlarla tanış olmuş, müstəqil dövlətimizin memarı Heydər Əliyevin büstü önünə təzə tər gül-çiçək dəstələri qoymuş və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Ələmətdar gün münasibəti ilə hazırlanmış proqramda idmanın bir sıra növləri üzrə şəhər turnirləri keçrilməsinə də xüsusi önəm verilmişdir. Yanvarın 28-dən Şəhər Gənclər və İdman İdarəsinin mini futbol meydançasında 18 komandanın mübarizəsi daha maraqlı və yaddaqalan olmuşdur. 3 yaş qrupunda keçirilən futbol turniri yeniyetmə futbolçuların perspektivindən xəbər verməklə yanaşı tamaşaçılarda xoş ovqat yaratmışdır. Qaliblər Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təsis olunmuş fəxri fərmanlara və diplomlara layiq görülmüşlər.
Bayram münasibəti ilə şəhər Şahmat məktəbində keçirilən turnir də  yaddaqalan olmuşdur. Balaca şahmatçılar öz intellektual və zehni hazırlıqlarını nümayiş etdirmişlər. 3 gün davam edən turnirdə qaliblər müəyyənləşdirilmiş və  Şəhər Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşlar.

Keçidlər