Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev onlayn qəbul keçirmişdir.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu həyata keçirilir,
onların təklif və müraciətləri dinlənilir.
Lakin bu günlərdə dünyanın əksər ölkələrində qeydə alınmış Koronovirus epidemiyasının Azərbaycanda da yayılma təhlükəsi və insanların sağlamlığının qorunması məqsədilə digər kütləvi tədbirlərlə yanaşı açıq qəbullar da təxirə salınmışdır.
Bununla əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların qəbulu video konfrans vasitəsi ilə həyata keçirilmişdir.
Qəbul zamanı 30-a yaxın rayon sakininin müraciətlərini dinləyən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli edilməsi üçün müvafiq göstərişlər vermişdi.
Qəbulda rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin yeni formatda elektron video qəbulun tətbiqinə görə Ölkə Başçısı İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.
Video konfrans zamanı şəhər rəhbəri sakinləri maarifləndirmək məqsədilə Koronovirus epidemiyası, onun yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyyələrini sakinlərin nəzərinə çatdırdı və bu tövsiyyələrə əməl edilməsinin insanların sağlamlığına olan xeyirli nəticələrini izah etdi.
Belə çətin şəraitdə keçirilən video qəbulda iştirak edən vətəndaşların məmnunluğu bir daha Ölkə Başçısının tapşırıq və göstərişlərinin Yevlax rayonunda uğurla həyata keçirildiyini əyani göstəricisidir.