Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

31 mart 2020 | 16:00

Erməni millətçilərinin və terrorçularının xalqımıza qarşı apardığı soyqırımı siyasətinin 200 ildən artıq bir tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xalqımızı məhv etmək olmuşdur.
1918-ci ilin mart qırğınları erməni daşnaqları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli səhifələrindən biridir.
Dənizdən –dənizə böyük dövlət yaratmaq arzusu ilə yaşayan ermənilər üzdə özünü bolşevik kimi qələmə verən, əslində isə qatı daşnaq olan Şaumyanın fitvası ilə iyirminci əsrin əvvəlində xalqımıza qarşı əsl soyqırım siyasəti həyata keçirdilər.
Həmin hadisələr zamanı Bakıda və Bakı ətrafı rayonlarda, Qarabağın Dağlıq ərazisində, İrəvan və Zəngəzurda ermənilər tərəfindən minlərlə azərbaycanlı qətlə, yetirilmiş, 656 yaşayış məskəni xarabaya çevrilmişdir.
Bakıda mart qırğını dörd gün davam etmiş, bu soyqırım nəticəsində təkcə Bakıda 12 mindən çox, Bakı ətrafı kəndlərdə isə 30 minə yaxın azərbaycanlı, o, cümlədən qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir.
Erməni millətçiləri tərəfindən 1918-ci ilin mart ayında xalqımıza qarşı törədilmiş genosid, soyqırım uzun illər öz siyasi və hüquqi qiymətini almamış, xaldan gizlədilmişdir. On minlərlə azərbaycanlının kütləvi surətdə məhvinə səbəb olmuş, qanlı hadisələr ört-basdır edilmişdir.1998 -ci il martın 26-da isə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini  qeyd etmək məqsədilə Fərman imzaladı.Bu Fərmanla 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü elan edildi.Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi.

Azərbaycan xalqı müdrik rəhbərimizin bu xidmətini həmişə minnətdarlıq hissi ilə xatırlayır.
Ulu öndərimizin bu istiqamətdə həyata keçirdiyi siyasət bu gun Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və ardıcıl daxili və xarici siyasət öz bəhrəsini verir. Keçirilən bütün beynəlxalq tədbirlərdə cənab Prezident ermənilərin işğalçı siyasətini açıqlayır, ifşa edir. Dünyanın böyük dövlətlərinin rəhbərləri beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini getdikcə daha tez-tez etiraf edir, Ermənistanı işğalçı ölkə kimi tanımağa başlayırlar.
Lakin çox təssüf ki, hələdə dünyada erməni yalanlarını müdafiə edən qüvvələr vardır. Bir çox beynəlxalq təşkilatlar ikili siyasət yürüdür və bu siyasət Cənab Prezident tərəfindən qətiyyətlə tənqid edilir.
Bu gun zaman Azərbaycanın xeyrinə işləyir. Ona görə də inamla deyə bilərik ki, heç nə və heç kəs vəhşi erməniləri xilas edə bilməyəcəkdir.
Cənab Prezidentin ətarfında sıx birləşən xalqımız əmindir ki, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti Cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ermənilərin xalqımıza qarşı törətdikləri müdhiş soyqırım faktı dünya dövlətləri tərəfindən tanınacaqdır. Pozulmuş hüquqlarımız bərpa ediləcək, cinayətkarlar öz layiqli cəzalarını alacaq, torpaqlarımız işğaldan azad olunacaqdır.

Keçidlər