Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı maarifləndirmə tədbirləri genişləndirilib

29 mart 2020 | 16:00

Yevlax rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir.

Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələrindən ibarət, hərəsində 3 nəfər olmaqla 28 mobil qrup yaradılıb. Fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuş və təlimatlandırılmış qrup üzvləri yerlərdə əhalini karantin rejiminin tələbləri barədə məlumatlandırırlar. İndiyədək mobil qrupun üzvləri tərəfindən yerlərdə 2500 nəfər sakinlə maarifləndirici söhbət aparılıb.

Xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb

Keçidlər