Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib.

27 mart 2020 | 16:00

Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib.


Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, koronavirus (COVID - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur.

Həmçinin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

Keçidlər