Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN POLİSİ DƏ XOCALI UĞRUNDA DÖYÜŞÜRDÜ

14 mart 2013 | 16:00

Yevlax Rayon Polis Şöbəsində Xocalı faciəsinə həsr olunmuş tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Sonra şöbənin rəisi, polis polkovniki Natiq Məşədiyev danışdı, o günlərin şahidi və iştirakçısı kimi gördüklərindən söz açdı. Çıxışdan bəlli oldu ki, N.Məşədiyev mühasirədə olan Xocalıda tez-tez xidməti ezamiyyətlərdə olurmuş, faciəyə qədər və  faciə baş verən günlərdə Azərbaycan polisinin döyüşlərdəki rəşadətlərinin, insanları hücumlardan və əsir düşməkdən qorumaq üçün necə böyük fədakarlıqlar göstərdiklərinin şahidi olmuşdur. Natiq Məşədiyev onu da bildirdi ki, ermənilərin analoqu olmayan bu vəhşiliyi yalnız ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət səviyyəsində öz siyasi-hüquqi qiymətini almışdır.
Tarixçi, akademik Mehdizadə adına mükafatın laureatı Əmir- aslan Bəşirov tarixə qısa eks- kurs edərək ermənilərin «Böyük Ermənistan» xülyalarını reallaşdırmaq üçün müxtəlif vaxtlarda azərbaycanlılara qarşı torpaq iddiaları ilə çıxışlarından, törətdikləri vəhşiliklərdən söz açdı.
Sonda tədbirə dəvətli xocalılı qaçqınlara Rayon Polis Şöbəsi tərəfindən yardım paylandı.

Keçidlər