Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi.

04 mart 2020 | 16:00

03 mart 2020-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev
Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən qəbul qrafikinə uyğun olaraq 03 mart tarixdə keçirdiyi qəbulda 50-dən çox vətəndaşın müraciəti dinlənildi. Şəhər İcra Hakmiyyətinin Başçısı  ilk öncə Şəhid ailələri, Qarabağ müharibəsi əlillərini qəbul edərək onları narahat edən məsələləri diqqətlə dinlədi və İcra Hakimiyyətinin səlahiyyəti çərçivəsində həlli mümkün olan məsələləri yerindəcə həll edilməsi üçün göstəriş verdi.
Daha sonra qəbula yazılan  rayon sakinləri işlə təmin olunma,əkin sahələrinin suvarma suyu ilə suvarılması, ünvanlı sosial yardım təyinatı, evlərinin sənədləşdirilməsi və sair məsələlərlə bağlı Şəhər İcra Hakimiyyətinin Başçısına müraciət etdilər. Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər Rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan  müraciətlərlə bağlı yerindəcə həll edilməsi üçün tapşırıq verdi. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qanunamüvafiq olaraq qeydiyyata alındı. Qəbula yazılanlar səmimi qəbula görə Şəhər rəhbərindən razılıqlarını bildirmiş, problemlərin həlinə həssas yanaşıldığı üçün Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər