Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Hacıselli kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

27 fevral 2020 | 16:00

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 

 Hacıselli kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.


27 fevral 2020-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Anar Tağıyevin Havarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin tərkibində yerləşən Hacıselli kənd sakinləri ilə görüşüb. Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Cənab Prezident  İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış, bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Sonra Başçının Havarlı kənd İnzibati Ərazi Dairsəi üzrə nümayəndəsi Təvəkkül İbrahimov çıxış edərək bildirdi ki, Havarlı kənd İƏD-si üzrə nümayəndəlik 4 kəndi Havarlı, Hacıselli,Əkşəm, Marzılı kəndlərini əhatə edir. Nümayəndəlikdə 1515 təsərrüfat olmaqla 5317 nəfər əhali yaşayır.   Ərazidə   40 məcburi köçkün ailəsi , 17 şəhid, 29 Qarabağ müharibəsi əlili ailəsi vardır. Məktəblərdə 539 nəfər şagird təhsil alır. Təlim-tərbiyə işlərinin aparılmasında  101 nəfər pedoqoji müəllim heyəti çalışır. Məktəblərdə təsərrufat işləri ilə əlaqədar 37 nəfər texniki işçi qüvvəsi vardır.  Nümayəndəlikdə Havarlı,Hacıselli, Əkşəm kənd tam orta, Marzılı kənd ibitidai məktəbləri yerləşir. 2018-2019-cu tədris ilində 3 tam orta məktəbi 37 nəfər məzun bitirmişdir. Bunlardan 21 nəfəri Respublikamızın müxtəlif Ali  məktəblərinə daxil olmuşdur
Bundan başqa ərazidə 1 kitabxana, 1 mədəniyyət evi, 700 yerlik iki elektron ATS, 2 rabitə poçt şöbəsi və 2 bələdiyyə Havarlı və Hacıselli bələdiyyələri fəaliyyət göstərir.
Ərazinin 4 kəndində nümayəndəlik tərəfindən hesabat dövründə   8  nigah, 24 doğum, 29 ölüm qeydə  alınmışdır. Qeyd etmək lazımdır ki, il ərzində nümayəndəliyə 37 ərizə daxil olmuş və həmin ərizələrə vaxtında cavab verilərək, həll edilmişdir. Daxil olan ərizələrin əksəriyyəti əsasən təsərrufatlardan ayrılmalar və qeydiyyata düşmələrdir. Onuda nəzərinizə çatdırım ki, hesabat dövrü ərzində, ərazimizdə heç bir oğurluq və cinayət xarakterli hadisələr baş verməmişdir.
Ərazidə qaldırılan onlarla məsələlər və şifahi sorğulara cavab verilmiş və kənd təsərrufatı ilə bağlı məsələlərin həllinə nail olunmuşdur. Qeyd etmək lazımdır ki, il ərzində nümayəndəliyə 8 ərizə,14 şikayət daxil olmuş və həmin ərizələrə vaxtında cavab verilərək, həll edilmişdir. Daxil olan ərizələrin əksəriyyəti əsasən təsərrufatlardan ayrılmalar və qeydiyyata düşmələrdir. Onuda nəzərinizə çatdırım ki, hesabat dövrü ərzində, ərazimizdə heç bir oğurluq və cinayət xarakterli hadisələr baş verməmişdir.
Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər