Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin qurbanları Yevlaxda da ehtiramla anıldı

26 fevral 2020 | 16:00

Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib

fevralın 26-da rayon rəhbərliyi, əmək kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, abidə kompleksi önünə tər çiçəklər düzüblər. Bəşir Səfəroğlu adına Xalq Teatrında davam edən tədbirin iştirakçıları rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının məktəblilər arasında keçirdiyi inşa yazı müsabiqəsinin qalibi Ruhəngiz İsayeva Xocalı faciəsinə həsr edilən inşa yazısını oxuyub. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edib.Sonda Xalq Teatrının Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyası nümayiş olunub.Fevralın 26-da Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində “Xocalıya ədalət!” yürüşü təşkil olunub. Heydər Əliyev adına parkdan Şəhidlər xiyabanına qədər davam edən yürüşdə 400-ə yaxın gənc iştirak edib.

 

Keçidlər