12 fevral 2020-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi.
Rayon Rəhbəri bütün qəbullarda olduğu kimi ilk öncə Şəhid ailələri və Qarabağ müharibəsi əlillərini qəbul edərək problemlərini diqqətlə dinləyib. İcra Hakimiyyətinin səlahiyyəti çərçivəsində olan məsələləri yerindəcə həll edilməsi üçün göstəriş verdi. Daha sonra qəbula yazılan rayon sakinləri işlə təmin olunma, ünvanlı sosial yardım təyinatı və evlərinin sənədləşdirilməsi və sair məsələlərlə bağlı Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevə müraciət etdilər. Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər Rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan müraciətlərlə bağlı yerindəcə həll edilməsi üçün tapşırıq verdi. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alındı. Qəbula yazılanlar səmimi qəbula görə Şəhər rəhbərinə razılıqlarını bildirmiş, problemlərinə həlinə həssas yanaşıldığı üçün Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.