Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YERLƏRDƏ SƏYYAR GÖRÜŞLƏRİ DAVAM EDİR

07 fevral 2020 | 16:00

6 fevral 2020-ci il tarxdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyevin növbəti qəbulu Aşağı Bucaq kənd sakinləri ilə oldu.

Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər.Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər.Rayon rəhbəri Aşağı Bucaq kəndində gələcək prespektivlərdən söhbət açmışdır.Görüşdə  kənd sakinləri  əkin sahələrinin suvarılması,dam örtüklərinin yenisi ilə əvəz olunması, işlə təmin olunma, kənddə uşaq bağçasının və məktəb binasının tikilməsi kimi məsələləri Şəhər Rəhbərinin nəzərinə çatdırdılar.Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Anar Tağıyev İcra Hakimyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermiş, səlahiyyətlərə aid olmayan məsələləri isə aidiyyatı qurumlara çatdırmaq üçün qeydiyyata götürmək barədə göstəriş vermişdir.

Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər