Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərində 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

01 fevral 2020 | 16:00

Ölkəmizdə gənclərin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Fəallığı və təşəbbüskarlığı ilə seçilən gənclər respublikamızın inkişafı və qüdrətlənməsi naminə var qüvvələri ilə çalışırlar.

Yevlax şəhərində 2 fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıblar.

Çıxış edən gənclər dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən razılıqlarını bildirib və onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını, Vətənimizin tərəqqisi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Tədbirdə bir qrup fəal gəncə fəxri fərman və hədiyyələr verilib.

 

Keçidlər