Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Malbinəsi kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

30 yanvar 2020 | 16:00

30 yanvar 2020-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Malbinəsi kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Cənab Prezident  İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Sonra Başçının Malbinəsi kənd İnzibati Ərazi Dairsəi üzrə nümayəndəsi Qalib Muxtarov çıxış edərək bildirdi ki,Ümummilli lider Heydər Əliyev  bütün mənalı həyatı və şərəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı düşünmüş,onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçəklənməsinə çalışmışdır. Dahi Öndər Azərbaycanı daim inkişaf edən, müasir görmək istədiyindən xalqın gələcək taleyinə biganə qalmamış, müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək praqmatik düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir.Milləti Heydər Əliyev ideyaları ətrafında toplayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərimizin yarımçıq qalmış arzularının,ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.Söz yox ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bütün hədəflərə qısa zamanda çatacaqdır.Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın həyatının bütün sahələrində, istər dövlət  quruculuğunun möhkəmləndirilməsində, istərsə də sosial-iqtisadi sferanın əsas istiqamətlərinin, o cümlədən qeyri-neft sektorunun, sahibkarlığın inkişafında, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında müsbət nəticələr əldə edilmişdir.Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq rayonun qəsəbə və kəndlərində də tikinti-abadlıq işləri aparılmışdır. Belə ki, nümayəndəliyin əhatə etdiyi Malbinəsi kəndində 2004-2019-cu illərdə Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq xeyli işlər görülmüşdür.Nümayəndəliyin ərazisində yeni poçt, elektron avtomat telefon stansiyası, 4 meqavat gücündə 35/10 kilovatlıq transformator yarımstansiyası, Qarabağ döyüşlərində həlak olanların xatirəsini əbədiləşdirmək üçün“Xatirə” abidəsi ucaldılmış və daxili imkanlar hesabına qaz xətti çəkilərək kənd əhalisinin istifadəsinə verilmişdir.Kənd əhalisi elektrik enerjisi və təbii qazla təmin olunmuşdur. Nümayəndəliyin ərazisində hal-hazırda 388 abonent telefondan, 591abonent elektrik enerjisindən, 510 abonent təbii qazdan və 230 abonent isə internetdən istifadə edirlər. Bu diqqət və qayğıya görə Möhtərəm Prezident  cənab İlham Əliyevə bir daha minnətdarlığımızı bildirirəm. Hesabat dövründə Malbinəsi kənd İƏD nümayəndəliyində 54 nəfər VVADQ qeydiyyatına alınmışdır.Bundan doğum  26 nəfər, vəfat edən 21 nəfər və7 nikah qeydiyyatı olmuşdur. 7 nikah qeydiyyatından 35 manat və11 notariat əməliyyatından isə 43manat rüsum daxil olmuşdur. Toplanmış vəsait Yevlax şəhərində yerləşən “Beynəlxalq” bankın Yevlax filialına köçürülmüşdür. 01.01.2019-cu il tarixə kənd əhalisinin sayı 2230 nəfər olmuşdur. Təsərrüfatların sayı 639, yaşayış evlərinin sayı 478, məcburu köçkünlərin sayı isə 134 ailə olmaqla 595 nəfər olmuşdur. Vətəndaşlar tərəfindən nümayəndəliyə1 ərizə daxil olmuş və bu ərizələrə vaxtında müsbət cavab verilmişdir. Hesabat dövründə nümayəndəliyə 8 müxtəlif məzmunda məktub daxil olmuş və onların icrası təmin olunmuşdur.Nümayəndəlik tərəfindən müxtəlif ünvanlara 8 məktub göndərilmişdir.Hesabat dövründə 15 nəfər nümayəndəlikdə qeydiyyata alınmış,4 nəfər isə qeydiyyatdan çıxarılmışdır.Vətəndaşlara 989 ədəd müxtəlif məzmunda arayışlar verilmişdir. Malbinəsi kənd İƏD nümayəndəliyi həmişə hüquq-mühafizə orqanları ilə əlaqəli işləmişdir.Məhz buna görə də 2019-cu ildə nümayəndəliyin əhatə etdiyi ərazidə ev və mal-qara oğurluğu baş verməmişdir.Hesabat dövründə nümayəndəliyin ərazisində hərbi çağırışdan yayınma halları olmamışdır. Hesabat dövründə nümayəndəlik tərəfindən 01 yanvar, 2019-cu il tarixə 639 təsərrüfatda2639 baş iri buynuzlu mal-qara, o cümlədən analar 1237 baş, xırda buynuzlu mal-qara 6929 baş və 30530baş quş qeydiyyata alınmışdır.2019-cu ildə Malbinəsi kənd sahə baytar həkimi tərəfindən kənddə yaşayan vətəndaşların mal-qarası arasında brusselyoz, qarayara və quduzluq xəstəliklərinə qarşı vaxtında epizootik tədbirlər aparılmışdır.Məhz buna görə də aparılan müayinələr və peyvənd nəticəsində brusselyoz, qarayara və quduzluq xəstəlikləri nümayəndəliyin ərazisində aşkar edilməmişdir. Nümayəndəliyin əhatə etdiyi ərazidə 2750,9 hektar ümumi torpaq sahəsi vardır ki, bunun 205,5 hektarı dövlət, 734 hektarı bələdiyyə və 1811,4 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.Bələdiyyə torpaqlarından 42 hektar qaçqın və məcburi köçkünlərə icarəyə verilmiş və kənd əhalisinin mal-qarası üçün 38,5 hektar örüş sahəsi ayrılmış, 3 nəfərə 0,36 hektar həyətyanı torpaq verilmişdir.Məlumat üçün bildirmək istəyirəm ki, 2019-cu ildə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi” barədə Möhtərəm Prezident cənab İlham Əliyevin 23 yanvar 1907 saylı sərəncamına uyğun olaraq 394 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına işlətdikləri yanacaq, motor yağı və mineral gübrələrin alınmasına görə1553,97 hektar üçün 93795,70 manat dövlət tərəfindən yardım edilmişdir. 2018-ci ilin payızında əkilmiş 402,43 hektar taxıl sahəsindən 14085,05ton məhsul istehsal olunmuşdur ki, bu da hər hektardan 35 sentner deməkdir.Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında meliorasiya işlərinin vaxtında və keyfiyyətlə aparılmasının böyük əhəmiyyəti vardır.2019-cu ildə “Qarabağ” sudan istifadə edənlər birliyi tərəfindən 10000 metr uzunluğunda təsərrüfatdaxili suvarma şəbəkələri təmizlənmişdir.Nümayəndəliyin ərazisində 1 tam orta məktəb fəaliyyət göstərir.Bu məktəbdə50 nəfər müəllim və 19 nəfər texniki işçi işləyir.19 sinifdə 348 nəfər şagird oxuyur.2018-2019-cu tədris ilində Nizami adına Malbinəsi kənd tam orta məktəbini 31 nəfər şagird bitirərək attestat almışdır.Bu şagirdlərdən 4 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdur. Malbinəsi kəndində Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsinin Ə. Həsənov adına 7 illik uşaq musiqi məktəbi fəaliyyət göstərir.Bu musiqi məktəbində 46 nəfər müəllim və 2 texniki işçi çalışır.Musiqi məktəbində 184 nəfər şagird təhsil alır.Onlardan 90 nəfər fortepiano, 35 nəfər tar, 25 nəfər qarmon, 24 nəfər saz, 7 nəfər səs, 3 nəfər nağara şöbələrində musiqi təhsillərini davam etdirirlər.2018-19-cu tədris ilində 37 şagird musiqi məktəbini bitirmişdir. Nümayəndəliyin ərazisində olan Malbinəsi kənd sahə xəstəxanası hal-hazırda həkim məntəqəsi kimi fəaliyyət göstərir.Məntəqədə 16 nəfər işləyir.Həkim məntəqəsinin baş həkiminin rəhbərliyi altında qızılca, məxmərək və parotit xəstəliklərinə qarşı profilaktika məqsədilə orta məktəbdəşagirdlərə kütləvi peyvənd aparılmışdır. Uşaqlar arasında qurd xəstəliklərinə qarşı isə qurd əleyhinə dərman paylanmışdır. Ə.Həmidov adına uşaq bağçası-körpələr evi 3 qrupdan ibarətdir.Uşaq bağçasının sosial vəziyyəti günün tələbinə cavab vermir.Uşaq bağçası 1960-cı ildə tikilib istifadəyə verilmişdir.Odur ki, bağçanın əsaslı təmirə ehtiyacı var. Nümayəndəliyin ərazisində olan yeni yaşayış məhəlləsində elektrik təsərrüfatı günün tələbinə cavab vermir.Belə ki, elektrik dirəkləri üçün adi ağaclardan istifadə olunaraq yaşayış evlərinə standartlara cavab verməyən elektrik xətləri çəkilmişdir.Həmin məhəlləyə 1 ədəd 160 kvt-lıq elektrik transformatorunun qoyulması vacibdir.Bəzi küçələrdə elektrik dirəkləri və elektrik xətləri yararsız vəziyyətdədir.Dəfələrlə aidiyyatı qurumlara müraciət olunmasına baxmayaraq bu sahədə heç bir dönüş yaranmamışdır.Kənddə quraşdırılmış elektrik transformatorların əksəriyyətində ayrıc açarları qoyulmamışdır. Hesabat dövründə ekologiya ilə əlaqədar olaraq kəndin küçələrində təmizlik işləri aparılmışdır.

Görüşün sonunda kənd sakinləri Ölkəmizdəki inkişaf və sabitlik üçün,  Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər