Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Aşağı Salamabad kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

23 yanvar 2020 | 16:00

23 yanvar 2020-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Aşağı Salamabad kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Cənab Prezident  İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Sonra Başçının Aşağı Salamabad İnzibati Ərazi Dairsəi üzrə nümayəndəsi çıxış edərək bildirdi ki, Aşağı Salamabad kənd İƏD-si üzrə nümayəndəlik üç kəndi Aşağı Salamabad, Əcəmi və Qaraoğlan kəndlərini əhatə edir. Ərazisi 3077  hektar, əhalisi 3115 nəfər, təsərrüfatlarının sayı 715-dir.Ərazidə Aşağı Salamabad və Qaraoğlan bələdiyyələri fəaliyyət göstərir.Ərazidə yerləşən kəndlərdə 3 tam orta məktəb, 35 yerlik uşaq bağçası-körpələr evi  fəaliyyət göstərir.Məktəblərdə 418 nəfər təhsil alır. Müəllimlərin sayı 66  nəfər, texniki işçilərin sayı 40 nəfərdir. Uşaq bağçasında işləyənlərin sayı 15 nəfərdir. Nümayəndəliyin ərazisində 3 şəhid ailəsi, 5 Qarabağ müharıbəsi əlili və 7 məcburi köckün ailəsi vardır. Məlumat üçün onu da bildiridi ki, nümayəndəlik üzrə 2019-cu  ildə doğulanların sayı 23  nəfər, ölənlərin sayı 16  nəfərdir. Həmin vətəndaşlara qanuna müvafiq olaraq tərəfimizdən doğum və ölüm haqqında şəhadətnamələr verilmişdir. Hesabat ilində 2  nikah qeydə alınmışdır.2019-cu ildə kənd sakinləri 820  kq barama istehsal edib dövlətə təhvil verilmişdilər. İl ərzində 18 notariat əməliyyatı aparılmışdır. Onunda müqabilində 84 manat  dövlət rüsumu alınaraq xəzinəyə mədaxil edilmişdir. Hesabat ili ərzində 5 nəfər pasport qeydiyyatına düşmüş, 1 nəfər isə qeydiyyatdan çıxmışdır, 12 məktub nümayəndəliyə daxil olmuş, 21 məktub nümayəndəlikdən göndərilmiş, vətəndaşlara 487 arayış verilmişdir. Nümayəndəliyə daxil olan  yazılı və  şifahi şikayətlərə ailə-məişət zəminində qonşularla mübahisələr, əkin sahələrinə mal qara ziyan vurması olan şikayətlərə vaxtına baxılmış və  bir sıra qanunvericilik aktları əhaliyə izah edilmişdir. Bildiyiniz kimi 2019-cu il kənd təsərüfatı ili elan edilmişdir və buda öz bəhrəsini verməsi nəticəsində kənd təsərüfatının istehsalı artmışdır. Onuda qeyd etdi ki, nümayəndəliyin ərazisində yaşayan əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. 2019-cu  ildə ərazidə 506  hektar taxıl, 12 hektar kartof, 20 hektar bostan-tərəvəz, 360 hektar yonca-yem bitkisi əkilmişdir. Əhali maldarlıq sahəsinə də xüsusi diqqət ayırır. Bunun nəticəsi olaraq iri buynuzlu mal-qaranın sayı 2460  başa, xırda buynuzlu heyvanların sayı 11040 başa, quşların sayı 21400 başa çatmışdır. Onuda qeyd edim ki, mal-qarada, qoyun-keçidə və ev quşlarında olan xəstəliklərə qarşı rayon baytarlıq idarəsinin həkimləri daimi olaraq, kütləvi peyvənd vaksinlərlə əhalini təmin edirlər.Görülən quruculuq abadlıq işlərində bizim kəndlərimızındə öz  payı vardır. Belə ki, hər üç kənddə su təmizləyici qurğusu fəliyyət göstərir. Hesabat ilində hər üç kəndin giriş yolu çınqıllanıb, hamarlanıb, suvarma kanalları təmizlənib, kənd arası yollara çınqıl döşənib, kənd arası çirkab suların axıdılması üçün olan arxlar təmizlənib, elektrik dayaqları  dəyişdirilib və nümayəndəliyin hər üç kəndinə təbii qaz verilmişdir. Qaraoğlan və Aşağı Salamabad kəndlərində yeni elektrik sayğacları quraşdrılıb və kabelləşmə işləri aparılıb.Nümayəndəlik bələdiyyələrlə birlikdə ərazidə yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə imkansız ailələrə və ərazidə yaşayan qaçqın və köçkün ailələrinə vaxt aşırı baş çəkir, onların problemlərinin həllinə köməklik edir.

Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər