Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Varvara Kəndində səyyar qəbul keçirmişdir.

09 yanvar 2020 | 16:00

09 yanvar 2020-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Varvara Kənd İnzibati Ərazi Dairəsinə aid olan Cırdaxan kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.


Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Prezident Cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Rayon rəhbəri Cırdaxan kəndində görülən təsərrüfat işləri və gələcək prespektivlərdən söhbət açmışdır.
Sonra Başçının Varvara İnzibati Ərazi Dairsəi üzrə nümayəndəsi Cəsarət Səfərəliyev nümayəndəliyin hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, şəhər İcra Hakimiyyətinə, Maliyyə İdarəsinə, Statistika və Əhalinin Sosial Müdafiə Fonduna, Yevlax şəhər VVAQ şöbəsinə, Hərbi Komissarlığa tələb olunan hesabat və məlumatları vaxtlı-vaxtında verir. Nümayəndəliyə 2019-cu ildə 9 nəfər pasport qeydiyyatına düşüb. Qeydiyyatdan 4 nəfər çıxmışdır. İƏD üzrə VVAQ sənədləri aşağıdakı kimi olmuşdur. 16 nəfərə doğum şəhadətnaməsi verilmişdir. 3 nəfər il ərzində nigah şəhadətnaməsi almış, 11 nəfərə isə dünyasını dəyişərək ölüm şəhadətnaməsi verilmişdir. Nümayəndə qeyd etmişdir ki, Biz aydın başa düşürük ki,hər bir vətəndaşın qaldırdığı məsələlərə son dərəcə doğma münasibət bəsləməli, rəhbər işçilərdən tutmuş ən kiçik məmurlara kimi hamının qapıları istənilən vaxt vətəndaşların üzünə açıq olmalıdır.
Cari ildə nümayəndəliyə vətəndaşlar tərəfindən 12 şikayət ərizəsi daxil olmuşdur. Şikayətçilər dəvət olunaraq dinlənilmiş, gecikdirilmədən baxılaraq rəsmi cavab verilmişdir.Kəndimizdə elə adamlar var ki, onların müraciətinə ilk növbədə cavab verilməlidir. Bunlar əsasən məcburi köçkünlər, əlillər, ahıllar və şəhid ailələrindən ibarətdir. Biz demək olar ki, hər gün onların problemləri ilə məşğuluq. Bildiyimiz kimi Yevlax rayonunun kəndlərində ən çox şəhid verən Varvara kəndi olmuşdur. Bu gün qürur hissi ilə qeyd edirəm ki, Varvara kəndində 16 şəhid, 6 əlil, 1 Milli Qəhrəman, 42 Qarabağ müharibəsi veteranı var. Onların hər birinin problemlərini həll etməyə çalışırıq. Ona görə də şikayətçilərin sayı 70-80% azalıb. Əziz toplantı iştirakçıları bildiyimiz kimi 15 fevral 2007-ci il tarixdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi haqqında verdiyi qərar bizim ərazidə də çox ehtiramla qarşılandı. Belə ki, 344 nəfər pay torpaqlarından istifadə edənlər bu qanundan istifadə etmişlər. Ümumilikdə 92012,6 manat subsidiya almışlar. 2019-cu ildə nümayəndəlik üzrə 59 ha pambıq əkilmiş və hər hektar üçün 35 sentner məhsul götürülmüş, o cümlədən  həm də  ipək üçün barama  toxumları da götürülərək orta məhsuldarlıqla təhvil verilmişdir. 2019-cu ildə ümumilikdə nümayəndəlik üzrə 4000 ədəd tut tingi götürümüşdür. Bunlardan 2000 ədədi Cindən gətirilmiş tut tingləri 2000 ədədi isə yerli cins tinglərdən ibarətdir. Kəndimizdə yerləşən ATS və Poçt xidməti də əhalinin bütün çətinliklərini aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edirlər. Neçə ildir ki, kəndimiz fasiləsiz internet xəttiylə təmin olunmuşdur ki, hal-hazırda 40 dan çox abonent bundan istifadə edir. Lakin əhalinin ehtiyaclarını ödəmədiyi üçün yeni  nömrələrə ehtiyac vardır. Cırdaxan kəndində isə ümumiyyətlə rabitə qovşağı yoxdur. 2019-cu ildə Varvara kəndində 2000 metrə yaxın su arxları qazılaraq təmizlənmişdır. Dünya İslam Bankının dəstəyiylə “Kəmalə A” şirkəti Varvara kəndində 30 ,Cırdaxan kəndində 10 hidrotexniki qurgu qurmuşdur lakin  işlər maliyyə catışmamazlıgına görə müvəqqəti olaraq  dayandırılmışdır. Varvara kəndində artezian çənində baş vermiş nasazlıq tərəfimizdən və kənd fəallarınin köməyiylə  təmir olunmuşdur. İki vətəndaşa yardım göstərilərək Yevlax Məşgulluq  Mərkəzindən  hər birinə iki baş iri  buynuzlu mal qara və 400 kq yem  verilməsinə köməklik göstərilmişdir. Hesabat məruzəsi dinlənildikdən sonra hesabat ətrafındfa çıxışlar oldu. Daha sonda  kənd sakinləri  kənddə yolun düzəldilməsi, internet xəttinin çəkilməsi, əkin sahələrinin suvarılması, kənddə bağça binasının və tibb məntəqəsinin tikilməsi kimi məsələləri Şəhər rəhbərinin nəzərinə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Anar Tağıyev İcra Hakimyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermiş, səlahiyyətlərə aid olmayan məsələləri isə aidiyyatı qurumlara çatdırmaq üçün qeydiyyata götürmək barədə göstəriş vermişdir.

Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkəmizin inkişafı üçün Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər