Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir.

08 yanvar 2020 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir.

7 yanvar 2020-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir. Möhtərəm Cənab Prezident İlham Əliyevin əsas tapşırığı olan “daim Vətəndaşların yanında olun” prinsipinə əməl edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirdi. Qəbulda  vətəndaşların müxtəlif məzmunlu müraciətlər dinlənilmiş Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan  müraciətlər yerindəcə həll edilmişdir, sonda Qəbula yazılanlar səmimi qəbula görə Şəhər Rəhbərinə razılıqlarını bildirmiş, Ölkəmizi günü gündən inkişaf etdirdiyi  və insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə atdığı addımlar üçün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər