Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev rayonunun Nemətabad kəndində olmuş və kəndi gəzərək sakinlərlə görüşmüşdür.
Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev rayonunun
Nemətabad kəndi ilə tanış olmaq məqsədilə kəndi gəzərək sakinlərlə görüşmüşdür.
Şəhər İcra Hakimiyyəti Başçısı kəndi gəzmiş, kənd sakinləri ilə görüşüb səmimi söhbət etmişdir. Kənd sakinləri Rayon rəhbərinə kənd haqqında məlumat vermiş, sakinlər öz yaşayış şəraitləri və məşğuliyyətləri haqqında danışmışlar. İcra Hakimiyyətinin Başçısı Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevin əsas tapşırığının vətəndaşların problemlərini öyrənib həllinə yardımçı olmaq olduğunu qeyd etmiş, gələcəkdə də belə görüşlərin çox olacağını söyləmişdir. Sakinlər səmimi söhbətə görə Anar Tağıyevə təşəkkür etmiş, Rayondakı və Ölkədəki inkişaf, tərəqqi üçün Ölkə Rəhbəri Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.