Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin növbəti səyyar qəbulu Nemətabad kəndində oldu.

26 dekabr 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin 2019-cu ilin son günlərində olan səyyar görüşü Nemətabad kəndində oldu

Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Prezident Cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Rayon rəhbəri Nemətabad kəndində görülən təsərrüfat işləri və gələcək prespektivlərdən söhbət açmışdır. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Anar Tağıyev İcra Hakimyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermiş, səlahiyyətlərə aid olmayan məsələləri isə aidiyyatı qurumlara çatdırmaq üçün qeydiyyata götürmək barədə göstəriş vermişdir.

Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkəmizin inkişafı üçün Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər