Şriftin ölçüsü :

Saytın rəngi :

ŞİH BAŞÇISININ YERLƏRDƏ SƏYYAR GÖRÜŞLƏRİ DAVAM EDİR

20 dekabr 2019 | 16:00

20 dekabr 2019-cu il tarixdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Ərəbbəsrə kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.

Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə  nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Prezident Cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış,bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Rayon rəhbəri Ərəbbəsrə kəndində görülən təsərrüfat işləri və gələcək prespektivlərdən söhbət açmışdır.

Səyyar qəbulda çıxış edən kənd sakinləri  kəndarası yolun düzəldilməsi, internet xəttinin çəkilməsi,kənddaxili su borularının təmir edilməsi, kənddə bağça binasının və tibb məntəqəsinin tikilməsi kimi məsələləri Şəhər rəhbərinin nəzərinə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Anar Tağıyev İcra Hakimyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermiş, səlahiyyətlərə aid olmayan məsələləri isə aidiyyatı qurumlara çatdırmaq üçün qeydiyyata götürmək baraədə göstəriş vermişdir.
Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün, Ölkəmizin inkişafı üçün Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər