Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir.

17 dekabr 2019 | 16:00

17 dekabr 2019-cu il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin əsas tapşırığı olan “daim Vətəndaşların yanında olun” prinsipinə əməl edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti Vətəndaş qəbulu keçirdi. Rayon sakinləri işlə təmin olunma, fərdi evlərinə qaz çəkilişi, ünvanlı sosial yardım təyinatı və sair məsələlərlə bağlı Şəhər rəhbərinin qəbuluna yazılmışdılar. Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini diqqətlə dinləyən Şəhər  rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan  müraciətlərlə bağlı tapşırıq verərək yerindəcə həll etmişdir. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınmışdır.
Qəbula yazılanlar səmimi qəbula görə Şəhər rəhbərinə razılıqlarını bildirmiş, Ölkəmizi günü gündən inkişaf etdirdiyi  və insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə atdığı addımlar üçün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər