Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Balçılı kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.
13 dekabr 2019-cu il tarixdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Balçılı kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir.
Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə nümayəndələri iştirak etmişlər. Səyyar görüş zamanı çıxış edən İcra Başçısı Anar Tağıyev Prezident Cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial-iqtisadi proqramlardan geniş söhbət açmış, bütün bunlar ölkə vətəndaşlarının yaşayış tərzinin və güzəranının daha da yüksəlməsinə hesablandığını qeyd etmişdir. Rayon rəhbəri Balçılı kəndində görülən işlərdən və kəndin gələcək perspektivlərindən söhbət açmışdır.
Səyyar qəbulda çıxış edən kənd sakinləri kənddə yeni artezian quyusunun qazılması ilə bağlı ,əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı bəzi məsələləri Rayon Rəhbərinin nəzərinə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən Anar Tağıyev qeyd olunan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf və sabitlik üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.