Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri yevlaxlılar tərəfindən yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur.

13 dekabr 2019 | 16:00

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri

yevlaxlılar tərəfindən yüksək dəyərləndirilir və onun əzizxatirəsi böyük ehtiramla yad olunur.


Ulu öndər Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar dekabrın 12-də minlərlə rayon sakini əllərində gül-çiçək dəstələri şəhərin baş meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər. Rayonun mərkəzi meydanındakı izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirib. Meydana toplaşanlar Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar.
Həmin gün Yevlax şəhərində Ümummilli Liderin xatirəsinə ehsan süfrəsi açılıb. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz üçün gördüyü böyük işlərdən danışıb. Bildirib ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görə böyük öndər Heydər Əliyev  hər zaman böyük minnətdarlıqla xatırlanacaq.

 

Keçidlər