Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir.
10 dekabr 2019-cu il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu keçirmişdir.
Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyən Şəhər Rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan müraciətlərlə bağlı tapşırıq verərək yerindəcə həll etmişdir. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınmışdır.
Qəbula yazılanlar səmimi qəbula görə Şəhər Rəhbərinə razılıqlarını bildirmiş, Ölkəmizi günü gündən inkişaf etdirdiyi və insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə atdığı addımlar üçün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.