Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yevlax Şəhər Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur.

09 dekabr 2019 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Yevlax Şəhər Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur.

Şəhər Rəhbəri Cənab Anar Tağıyev Şəhər Mərkəzi Xəstəxanasında olarkən orada yaradılan şəraitlə yaxından tanış olmuşdur. Şəhər İcra Hakimiyyətinin Başçısı şöbələr və palataları gəzərək həkim və tibb bacılarının iş şəraiti və xəstələrə yaradılan şəraitlə bağlı məlumat almışdır.
Yevlax Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Nurəddin Əhmədov xəstəxanada tibbi xidmətin təşkilindən ətraflı danışmışdır.
Daha sonra Anar Tağıyev Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Ölkəmizdə səhiyyə sisteminin inkişafından söz açmış, yeni yeni tibb ocaqları və xəstəxanaların açılmasının bu inkişafa əsas sübut olduğunu bildirmişdir.
Sonda Şəhər Rəhbəri tibb işçilərinə vətəndaşların qayğıları ilə yaxından məşğul olmağı tövsiyyə etmiş, işlərində uğurlar arzulamışdır.

Keçidlər