Sağlamlıq imkanı məhdud şəxslərin daim qayğıya ehtiyacı var
Yevlax rayonunda müxtəlif qruplardan olan 9829 nəfər əlil var. Onlardan 358-i Qarabağ müharibəsi, 8-i İkinci Dünya müharibəsi, 52-si Əfqanıstan müharibəsi və Çernobıl əlilidir. Sağlamlıq imkanı məhdud şəxslər daim qayğıya ehtiyacı olan insanlardır və onlar ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Yevlaxda keçirilən tədbirdə məlumat verilib. Çay süfrəsi arxasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıb.Çıxış edən sağlamlıq imkanı məhdud şəxslər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Tədbirdə sağlamlıq imkanı məhdud 126 nəfərə maddi yardım edilib.