Yevlax şəhərində “Gənclərin hərbi xidmətə həvəsləndirilməsi” məqsədi ilə mədəni-kütləvi tədbir keçirilmişdir.
Yevlax şəhərində “Gənclərin hərbi xidmətə həvəsləndirilməsi” məqsədi ilə
mədəni-kütləvi tədbir keçirilmişdir.
Gənclər və İdman Nazirliyi və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yevlax şəhəri Bəşir Səfəroğlu adına teatr binasında “Gənclərin hərbi xidmətə həvəsləndirilməsi” məqsədi ilə kütləvi-mədəni tədbir keçirilmişdir. Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sektor müdiri Əli Məmmədov, həmin sektorun məsləhətçisi Altay Paşayev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Tural İsmayılov, Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi Binyamin Musayev, Şəfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax şöbəsinin Həqiqi-hərbi xidmətə çağırış bölməsinin rəisi Namiq Səmidov, YAP Yevlax rayon Təşkilatı aparat rəhbəri vəzifəsini icra edən Rafiq Əliyev iştirak etmişdir.
Yeniyetmələr və məktəblilər araslında keçirilən kütləvi-mədəni tədbirə giriş sözü ilə başlayan Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq, tədbiri açıq elan etdi. Binyamin Musayev bu kimi kütləvi tədbirlərin rayonumuzdakı idman və mədəniyyət mərkəzlərində davamlı olaraq keçiriləcəyini bildird.Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sektor müdiri Əli Məmmədov Cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə olduğu kimi idman sahəsi də sürətlə inkişaf edir.Gənclərə bilikli və savadlı olmağın vacib əhəmiyyətindən danışan Əli Məmmədov tədbir iştirakçılarına gələcək həyatlarında müvəffəqiyyətlər arzu etmişdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sənətçilərin iştirakı ilə musiqili konsert proqramı keçirildi. 2 saatdan çox davam edən tədbirdə gənc müğənnilər tərəfindən vətənpərvərlik mövzusunda bir sıra milli musiqilər ifa olundu.