Şriftin ölçüsü :

Saytın rəngi :

Aran qəsəbəsində vətəndaşlarla növbəti səyyar görüş keçirilmişdir.

28 noyabr 2019 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev Aran qəsəbəsində vətəndaşlarla növbəti səyyar görüş keçirmişdir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq  Şəhər İcra Hakimiyyətinin Başçısı Vətəndaşlarla yerlərdə görüşlərini davam etdirir. Rayonun Aran qəsəbəsində baş tutan növbəti görüşdə Vətəndaşların çoxluğu diqqəti çəkdi. Cənab Anar Tağıyev hər bir vətəndaşa xüsusi diqqət göstərərək qulaq asıb onların problem və xahişlərini həyata keçirmək üçün yollar göstərdi. Cənab Başçı İcra hakimiyyətinin səlahiyyətlərinə aid məsələləri dərhal, operativ şəkildə yerində həll etdi. Bəzi İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə Şəhər Rəhbərinin göstərişi ilə aidiyyatı instansiyalar qarşısında məsələ qaldırılmaq üçün qeydiyyata alındı. İşıq, su, qaz, işlə təminat, ünvanlı sosial yardım təminati ilə bağlı məsələlərlə müraciət edən Vətəndaşlar problemləri müsbət həll olunduğu və Ölkəmizdəki əminamanlıq üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Keçidlər