Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev iki nəfər Şəhid Anasını qəbul etmişdir.

27 noyabr 2019 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev Şəhid Anaları ilə görüşü

Görüş zamanı Rayon Rəhbəri Möhtərəm Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, həmin ailələrin ailə məişət problemlərini həll etmək üçün atılan addımlarda danışmışdır. Yevlax şəhərində şəhid ailələrinin problemlərinin həlli üçün atılmış addımlarla kifayətlənilməyəcəyini bildirmiş, atılacaq addımlardan bəhs etmişdir. 
Şəhid Anası Nərgiz Mahmudova şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Möhtərəm Cənab Prezidentə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etmişdir. Bildirmişdir ki, Şəhid olmuş övladının adına küçə yaxud meydan verilməsini, nəvəsinin işlə təmin olunmasını xahiş edir. Şəhər İcra Hakimiyyətinin Başçısı Şəhidin adına küçə verilməsinin İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ olmadığını amma buna baxmayaraq aidiyyatı instansiyalar qarşısında məsələ qaldırılacağını bildirmişdir. Nəvəsininn iş məsələsinin həlli istiqamətində isə Şəhər Rəhbəri müvafiq qurumlara tapşırıq vermişdir.
Daha sonra şəhid Anası Bənizə İbrahimova bildirmişdir ki, nəvəsi Lənkəran rayonunda müəllimə işləyir, dərs saatı azdır. Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, əvvəla nəvəsi Yevlax rayonunda yox başqa şəhərdə işləyir,digər tərəfdən də məktəbdə dərs bölgüsü  məsələsi Təhsil Nazirliyinin səlahiyyətinə aiddir. 28 noyabr 2019- cu il tarixdə Təhsil Naziri Yevlax şəhərində Vətəndaşların qəbulunu həyata keçirəcək tövsiyyə olunur ki, sabah həmin qəbulda iştirak etsin.  Bənizə İbrahimova Şəhər Rəhbərinə səmimi qəbula görə təşəkkür etdi.
Sonda hər iki Şəhid Anası bir daha Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə Ölkəmizdəki sabitlik və inkişafa görə təşəkkürlərini bildirdilər.

Keçidlər