Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu həyata keçirmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev növbəti vətəndaş qəbulunu həyata keçirmişdir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin “daim Vətəndaşların yanında olun” tapşırığına uyğun olaraq Şəhər Rəhbəri hər bir vətəndaşın xahiş və istəyinə diqqətlə qulaq asıb, İcra hakimiyyətinin səlahiyyətlərinə aid məsələləri yerində həll etdi, bəzi məsələlər barədə isə Cənab Başçının göstərişi ilə aidiyyatı instansiyalar qarşısında məsələ qaldırılmaq üçün qeydiyyata alındı. Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan, 4 saat davam edən qəbulda işıq, su, qaz, işlə təminat, ünvanlı sosial yardım təminatı ilə bağlı xahişlərlə müraciət edən vətəndaşlar problemləri müsbət həll olunduğu üçün Ölkə Rəhbəri Cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.