Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Anar Tağıyev Qarabağ əlilləri, şəhid ailələrinin nümayəndələri ilə görüşmüşdür.

26 noyabr 2019 | 16:00

Görüş zamanı Anar Tağıyev Ölkə Prezidenti Cənab İlham Əliyevin bu təbəqədən olan İnsanlara göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.

Cənab Başçı onu da qeyd etmişdir ki, Möhtərəm Cənab Prezidentin tapşırığına əsasən Rayonda da diqqət və qayğı davam edəcəkdir. Bizim əsas məqsədlərimizdən biri də Qarabağ əlilləri və şəhid ailələrinin problem və qayğılarını araşdırmaq gücümüz daxilində həllinə nail olmaqdır. Sizlər Mənə probleminizi çatdırın, Mən də həlli üçün çalışım.
Daha sonra Qarabağ əlilləri Mənsur Əliyev, Elçin Babayev, Əhliman Əliyev, Şəhidin Həyat yoldaşı Ulduz Əliyeva, Şəhid anası Kübra Ağayeva çıxış edərək Dövlət Başçısı Cənab İlham Əliyevə Qarabağ əlilləri və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.
Çıxış edənlər işıq, qaz, su, işlə təminatla bağlı Rayon Rəhbərindən xahiş etdilər. Cənab Başçı bəzi xahişləri yerində göstəriş verərək həll etdi. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan xahişlərlə bağlı isə aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirdi.
Görüşdən məmnun qalan ailələr Cənab Prezidentin Ölkəmizi inkişafa və sabitliyə aparan uğurlu siyasətini dəstəklədiklərini bildirdilər, Rayon Rəhbərinə səmimi qəbula görə təşəkkür etdilər.

 

Keçidlər