Yevlax şəhər İcra Hakimiyyətinin başçısı cənab Anar Tağıyev Xaldan kəndində səyyar görüş keçirmişdir.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı cənab Anar Tağıyev Xaldan kəndində səyyar görüş keçirmişdir.
Cənab Anar Tağıyev çıxış edərək Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hər bir regionunun günü gündən inkişaf etdiyini, Ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir. Kənd sakinləri söz alaraq kəndə elektrik enerjisi verilməsini təmin edən dirəklərin dəyişdirilməsi, işlə təmin olmaqla bağlı , həyətyanı torpaq verilməsi, ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı xahiş etmişlər. Xahişlərin bir hissəsi Rayon Rəhbərinin Göstərişi ilə dərhal həll olundu. Bəzi məsələlər haqqında isə qanunamüvafiq izahat verildi. İcra başçısı tərəfindən, səsləndirilmiş mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar, tövsiyyələr verilmişdir. Görüşün sonunda kənd sakinləri Ölkəmizin inkişafı və İnsanların sosial vəziyyətinin yaxşılaşdırdığı üçün Ölkə Rəhbəri Cənab İlham Əliyevə minnətdarlıq etmişlər.