Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam oldu.
Müstəqil Azərbaycanın yeni siması xalqın və gələcəyin partiyası Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam oldu.
Tədbir Yevlax rayon İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin, YAP Yevlax rayon Təşkilatının sədri və millət vəkili İlham Məmmədovun, habelə Rayonun digər partiya fəallarının və ziyallarının iştirakı ilə öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanıldı. YAP yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov tədbiri açıb ələmətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirmişdir ki, müstəqillik tariximizin son 27 ilinə nəzər saldıqda Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin məhz ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu açıq aydın görə bilərik. Qüdrətli dövlətimizin, müasir Azərbaycanın nailiyyətləri və tarixi uğurlarından bəhs edildikdə, əlbəttə ki, ilk öncə Heydər Əliyev və böyük liderin banisi olduğu Yeni Azərbaycan Partiyasından danışmaq lazımdır.Bu gün hamıya məlumdur ki, müstəqilliyimizin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlər göstərib. Heç şübhəsiz ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən inamla və uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlərə imza atmışdır.Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.Həqiqətən də dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası çox qısa müddət ərzində xalqın böyük əksəriyyətinin sevgisini və etimadını qazanmışdır. Tam əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası xalqımızın və gələcəyimizin tale yüklü partiyasıdır, gənclərimizin ümidlərini doğruldan, arzularını gerçəkləşdirən partiyadır. Dövlət başçısı cənab İlham Əliyevin müstəqil Azərbaycanın getdikcə daha da çiçəklənməsi, insanlarımızın maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində reallaşdırdığı genişmiqyaslı tədbirlər və bu qətiyyətli addımların məntiqi bəhrəsi partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.
Tədbirin sonunda bir sıra YAP fəallarına fəxri fərmanlar, sonda isə rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.