Şriftin ölçüsü :

Saytın rəngi :

5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinə gedən avtomobil yolunda müasir işıqlandırma sistemi quraşdırılmışdır

04 fevral 2025 | 16:39
5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinə gedən avtomobil yolunda müasir işıqlandırma sistemi quraşdırılmışdır
Şəhərin ən böyük yaşayış sahələri olan 5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərində yaşayan sakinlər Yevlax Şəhər İcra Hakimiyyətinə müraciətlər edərək gündəlik istifadə etdikləri uzunluğu 4 km olan yol çox qaranlıq olduğu üçün tez-tez avtoqəzalar baş verdiyini bildirmiş,yolun işıqlandırılmasını xahiş etmişlər.
Sakinlərin müraciətləri nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinə gedən 4 km uzunluğunda olan, indiyədək heç vaxt işıqlandırma sistemi quraşdırılmayan yolda “Philips Electronics” şirkətinin məhsullarından (lampalarından) ibarət müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Görülən işlər sakinlər tərəfindən məmnunluqla qarşılanmış, görülən işlərə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər