Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.

07 noyabr 2019 | 16:00

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə vətəndaşların problemlərinin öyrənilməsi və aradan qaldırılması ilə bağlı tapşırığına uyğun olaraq, Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib,şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə, ümumilikdə, 500 nəfərdən çox insan iştirak edib.“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox davam edən görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək, icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verilib.Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini ifadə ediblər.

Keçidlər