Şriftin ölçüsü :

Saytın rəngi :

Qoyunbinəsi kəndinin sakinləri ilə təsadüfi və səmimi görüş

02 noyabr 2019 | 16:00

Qoyunbinəsi kəndinin sakinləri ilə təsadüfi və səmimi görüş

Qoyunbinəsi kəndində tikilməsi nəzərdə tutulan məktəb üçün ayrılmış ərazi ilə tanış olan zaman Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Qoyunbinəsi kəndində olmuşdur. Yeni təyin olunmuş İcra Başçısının görən kimi ətrafına toplanan kənd sakinləri əvvəlcə Şəhər İcra Hakimiyyəti Başçısını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş,bu təyinat üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Səmimi söhbət zamanı sakinlər müəyyən problem və çatışmamazlıqlarını Başçıya bildirmişlər. Öz növbəsində Şəhər Rəhbəri sakinlərin problemlərini dinləmiş, həmin problemlərin həlli yolları haqqında tədbirlər görüləcəyini bildirmişdir. İcra Başçısı tərəfindən bəzi məsələlərin həlli üçün yerində tapşırıqlar verilmişdir.
Söhbətin sonunda kənd sakinləri Ölkəmizdə gedən quruculuq, abadlıq, inkişaf, insanların sosial rifah halının günü gündən yaxşılaşdırdığı üçün Prezidentimiz Cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.

Keçidlər