“Azərbaycanda dövlət və din münasibətləri” adlı növbəti tədbirini keçirdi.
01 noyabr 2019-cu il tarixində Yevlax şəhər, Xaldan kənd Kopmleks tam orta məktəbində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda dövlət və din münasibətləri” adlı növbəti tədbirini keçirdi.
Tədbiri məktəbin direktoru Günel xanım Yusifzadə açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin gənclər üçün əhəmiyyətindən, bu kimi tədbirlərin gənclərə faydalı olacağından danışdı. Daha sonra layihə direktoru, DQİDK yanında ictimai şuranın üzvü Asim Vəliyev iştirakçılara ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O, vurğuladı ki, Azərbaycanda dövlət və din münasibətlərindən, hər sahədə olduğu kimi dini sahəyədə dövlət qayğısından və dövlət tərəfindən görülən işlərin əhəmiyyətindən danışdı.
Daha sonra DQİDK Yevlax şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin gördüyü işlərdən, dövlət-din münasibətlərinin tənzimlənməsindən, dövlətin bu sahəyə böyük diqqətinin olduğundan danışdı. Sonra təlimçi-ekspert Müşfiq Nəcəfov gənclərə dinimizin dünyəvi ismarıcları, elmə və təhsilə verdiyi qiymətin önəmini, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin önəmini vurğuladı. Daha sonra hüquqşünas-ekspert Rəşad Nəbiyev və Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərid Vaqifli gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin önəmini, bu sahədə maarifləndirmə işində dövlət-vətəndaş cəmiyyəti inistitutlarının birgə fəaliyyətini təqdirəlayiq hesab etdiyini və güclü Azərbaycan dövlətçiliyinin qarantı olduğunu vurğuladı. Tədbirin sonunda çıxış edən “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyinin sədri Elçin Manafov gənclərə son illərdə dövlət tərəfindən aparılan işlərdən, multikultural dəyərlərdən, dini radikalizmə qarşı mübarizədən, dini məbədlərə dövlət qayğısından və dövlət siyasətindən danışdı.
Tədbirdə RİH-nümayəndələri, KİV nümayəndələri, DQİDK regional şöbəsinin müdiri, bələdiyyə nümayəndələri, dini icmaların nümayəndələri, orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, və gənclər iştirak edirdi. Tədbir diskussiya və müzakirə şəraitində keçdi. İştirakçıları maraqlandıran suallar cavablandırıldı, maarifləndirici əyani vasitələr paylanıldı və sonda xatirə şəkilləri çəkdirildi.