YAP YEVLAX RAYON TƏŞKİLATININ MƏDƏNİYYƏT İŞÇİLƏRİ İLƏ BİRGƏ TƏDBİRİ
Bu günlərdə Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatı Heydər Əliyev sarayının geniş konfrans zalında Mədəniyyət məhəlli ilk partiya təşkilatı fəallarının iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov açaraq iştirakçılar qarşısında maraqla qarşılanan çıxış etmişdir. Ölkəmizin illər ərzində qazandığı uğurlardan böyük fəxrlə söhbət açan təşkilatın sədri qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlıqla bağlı fikirlərini də diqqətə çatdırmışdır. O, öz çıxışında yuxarıda adı çəkilən mühüm ictimai-siyasi prosesdə Mədəniyyət məhəlli ilk partiya təşkilatının üzərinə düşən vəzifələrdən danışmış, bir sıra tapşırıq və tövsiyələrini vermişdir. Qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sədrliyi ilə artıq 15 ildən çoxdur ki, ölkəmizdə ən mütərəqqi və alternativsiz siyasi qüvvə kimi yüksək nüfuz sahibi olmaqla xalqımızın daha xoşbəxt və firavan həyata qovuşmasına xidmət edir.
Tədbirdə iştirak edən YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev və Təşkilatın Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək bütün ictimai-siyasi və dövlət əhəmiyyətli məsələlərdə olduğu kimi Bələdiyyə seçkilərinə hazırlıqda və həmin qurumda partiyamızın qələbəsini təmin etməkdə siyasi həmfikirlər olmaqla fəal iştirak etməyin, yüksək aktivlik göstərməyin zəruriliyindən danışmışlar.
Tədbir iştirakçıları-Mədəniyyət məhəlli ilk partiya təşkilatının fəalları söz alaraq Partiyanın sədri İlham Əliyev cənablarının yeritdiyi müdrik daxili və xarici siyasəti dəstəklədiklərini və qarşıdan gələn Bələdiyyə seçkilərində də aktivlik nümayiş etdirəcəklərini bildirmişlər.