Şriftin ölçüsü :

Saytın rəngi :

1 OKTYABR – PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜNDƏ

01 oktyabr 2019 | 16:00

YÜKSƏK İNTELLEKT, ƏZMKARLIQ, HÜQUQİ BİLİK TƏLƏB EDƏN PEŞƏ

Gücə söykənməyən  ədalət aciz , ədalətə söykənməyən güc isə zalımdır. Ədaləti bərqərar edənsə prokurorluq orqanıdır. Bir əsrdən çox tarixi olan Azərbaycan  Prokurorluğu hər zaman qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edərək cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirmişdir.

Ölkəmizin möhkəmlənib inkişaf etməsində prokurorluq orqanlarının böyük əməyi və zəhməti vardır. Azərbaycan prokurorluğu bu gün xalqın və dövlətçiliyin maraqlarının müdafiəsində, insan hüquq və azadlıqlarının qorunmasında öz xidmətlərini göstərir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən hüquqi islahatlar nəticəsində qanunçuluq və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılmışdır. Qanunçuluğun qorunması ölkəmizdə ən ali məqsəd daşıyır. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan bu gün MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biridir. Çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir.

Yevlax rayon prokurorluğu da hər zaman qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında əhali arasında hüquqi təbliğatın aparılmasında, önləyici tədbirlər zəminində böyük işlər görür. Onlar ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı kəskin, barışmaz  mübarizə və vətəndaşların hüquq və azadlıqlarının  müdafiəsi işində hər zaman fəal olublar.
Baş ədliyyə müşaviri, ədalətli və prinsipial hüquqşünas, ləyaqətli və dəyərli insan cənab Elxan Pənahov! Peşə bayramınız münasibəti ilə sizi və sizin timsalınızda başçılıq etdiyiniz kollektivi təbrik edir, dövlətimizin tərəqqisi naminə, şərəfli, çətin və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq!

Keçidlər