Şriftin ölçüsü :

Saytın rəngi :

TƏBRİK EDİRİK!

10 iyul 2019 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə

ŞİH Başçsının birinci müavini Qənimət Səfər oğlu Qaraşov  “Tərəqqi” medalına layiq görülüb.

Qənimət Qaraşov… Uzun illərdir ki, Yevlaxda ŞİH Başçısının birinci müavini işləyir.
Dövlətin adından onun siyasətini həyata keçirən və başlıca iqtisadi, sosial, mədəni, siyasi problemlərini həll edən bir institut kimi dövlət qulluğu hər zaman siyasi, sosial-iqtisadi, mənəvi inkişafın mərkəzində dayanır. Və dövlətin strateji hədəflərinin, onun müəyyən etdiyi yaxın məqsəd və vəzifələri həyata keçirən dövlət qulluğunu özü üçün peşə seçən bir insandır. Özü də bu saydıqlarımız dövlət qulluqçusu adını şərəflə daşıyan Q.Qaraşov və onun həmkarlarının gərgin, bir çox hallarda isə fədakar əməyi nəticəsində reallaşır.
Dövlətin zaman-zaman həyata keçirmək istədiyi proqramların taleyi, bütünlükdə götürdükdə isə dövlətin taleyi son nəticədə dövlət qulluğunu icra edən insanların peşəkarlığına, mənəvi-əxlaqi potensialına bağlıdır. Barəsində söz açdığımız Q.Qaraşov məhz belələrindəndir.O, bir dövlət qulluqçusu kimi daim vətəndaşın yanındadır.Vətəndaş həmişə dövlət qulluqçusunun səviyyə və keyfiyyətini birbaşa dövlət orqanının özünün səviyyə və keyfiyyəti kimi qəbul edir. Bu mənada Q.Qaraşovun xalq arasında daim nümayiş etdirdiyi səviyyə və keyfiyyət danılmazdır.
Bir dövlət qulluqçusu kimi hər zaman sadə, üzügülər, ünsiyyətcildir və insanlara, onların problemlərinə yaxınlığı ilə seçilir, hər zaman etik davranış qaydalarına əməl edir.Onun fəaliyyətini izlədikdə istər-istəməz yada dövlətimizin başçısı İlham Əliyevin bu kəlamları düşür: “Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var-məmur təvazökar olmalı, xalqa xidmət etməli, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və ailə üzvləri təkəbbürlü davranmamalıdır”.Prezidentin söylədikləri Qənimət Qaraşov üçün işində və həyatında dəyişməz mövqe, əsas prinsiplərdir. Çünki bu şəxs də daim təvazökarlığı, sadəliyi və səmimiyyəti ilə seçilib fərqlənir.Onu da vurğulamağa dəyər ki, bu qeydlərin qəhrəmanı iş fəaliyyətinə sıravi kimi başlasa da, zamanla daim irəliləmiş, şəhərimizdə bələdiyyə rəhbəri və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri kimi məsul vəzifələrdə də ona bəslənən etimadı doğrultmuşdur.Q.Qaraşov olduqca ailəcanlıdır. 4 övladının ali və orta ixtisas təhsili almasında bir ata kimi onun da böyük rolu olub.2 oğul, 2 qız nəvələri isə onun üçün həyat mənbəyidir Sevgi dolu ürəyində onların yeri ayrıcadır.Ümidlərin işıqlı sabahının üzünə güldüyü, qəlbinin isti-ilıq hisslərlə döyündüyü belə əziz gündə onu ürəkdən təbrik edən, cansağlığı, uğurlar diləyən…

Keçidlər