Şriftin ölçüsü :

Saytın rəngi :

DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR

04 iyul 2019 | 16:00

Şəhərimizdə dövlət qulluqçularının ənənəvi peşə bayramı ulu öndərin möhtəşəm abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzmək və rəhbərin  əziz xatirəsini ehtiramla yad etməklə başlamışdır.

Abidə onünə toplaşan tədbir iştirakçıları qarşısında ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov çıxış edərək peşə bayramlarının yaranma tarixinə qısa ekskurs etmiş, artıq 13 ildir ki, təntənə ilə qeyd etdikləri bu günün məhz ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Dövlət qulluqçuları haqqında” Qanun əsasında möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 25 may 2006-cı il tarixdə verdiyi sərəncamla təsis olunduğunu demişdir. Əlamətdar günü ölkə başçısının dövlət qulluqçularına bəxş etdiyi diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirən natiq çalışdıqları sahənin çətin, mürəkəb və şərəfli sahə olduğu, eyni zamanda  üzərlərinə düşən yüksək məsuliyyət barədə də danışmışdır.

Tədbirin sonunda iştirakçıların təntənəli alqışları altında rayonumuzun dövlət qulluğunda uzun müddət qüsursuz çalışan əməkçilərindən bir qrupuna Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.

Keçidlər