Yevlax şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə dəyirmi masa keçirilmişdir.
Yevlax şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı Şəhər İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova açaraq Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrildiyini qeyd etmişdir. Elnarə Məmmədova qeyd etmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.Daha sonra Şəhər Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, YAP Gənclər Birliyinin sədr müavini Fərid Vaqifli, Bərdə regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədov öz çıxışların Ulu Öndər Heydər Əliyevin Ölkəmizin inkişafında mühüm rolunu qeyd etmişlər.