GÖZƏL İDEYANIN ŞİRİN BƏHRƏSİ
20 iyun 2019 | 16:00
“Kür” qəzetinin baş yazarı, respublikanın əməkdar jurnalisti Əminə Yusif qızı kollektivin gücü ilə barama yetişdirmək ideyasını ortaya atdı. Əminə xanımın bu təşəbbüsünə kollektiv üzvləri də böyük həvəslə qoşuldular.Beləliklə, imkanlarımızı nəzərə alaraq, daha doğrusu özümzə və gücümüzə güvənərək 3 qutu barama toxumu götürdük.May ayının 7-dən etibarən həm qələm tutmağı, həm də yeri gələndə zəhmətə qatlaşmağı bacaran əllərimizlə əməli işə başladıq. Budur artıq çəkdiyimiz zəhmət öz bəhrəsini verməkdədir.