Yevlax Şəhər İcra hakimiyyətində könüllülük fəaliyyəti göstərən gənclərə sertifikatlar təqdim edilmişdir.
Yevlax Şəhər İcra hakimiyyətində könüllülük fəaliyyəti göstərən gənclərə sertifikatlar təqdim edilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova könüllülük fəaliyyətinin Respublikamızdakı inkişafından danışmışdır. O, möhtərəm Prezidentimiz İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu bildirmişdir. Belə ki Respublikamızda bütün Nazirlik, Komitə və Dövlət xidmətlərində könüllü gənclər fəaliyyət göstərirlər. Daha sonra könüllülərdən Fəridə Yunusova, Elnur Məmmədov könüllülərə göstərdiyi köməyə görə Şəhər İcra Hakimiyyəti Başçısı Qoca Səmədova öz təşəkkürlərini bildirmişlər və sonda könüllülərə sertifikat təqdim edilmişdir.