Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏRİMİZDƏ BU LAYİHƏNİN AÇILIŞ PROQRAMI BAŞ TUTDU

25 aprel 2019 | 16:00

ŞƏHƏRİMİZDƏ BU LAYİHƏNİN AÇILIŞ PROQRAMI BAŞ TUTDU

Heydər Əliyev Sarayında “Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması” layihəsinin açılış proqramı ictimaiyyətə təqdim olundu.

Layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının maliyyələşdirdiyi və  BMT-nin İnkişaf Proqramının icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin rolunun artırılması” çərçivəsində reallaşdırılır.
Layihənin Açılış Proqramına Yevlax və Bərdəni təmsil edən bələdiyyə nümayəndələri, şəhərimizin müxtəlif ictimai qurumlarının rəsmiləri və təhsil sferasının işçiləri, məktəblilər qatılmışdılar.
Layihənin müddəti 2018-ci ilin 26 dekabrından bu ilin 25 dekabrına qədər olan dövrü əhatə edir.
İştirakçılar önündə ilk çıxış edən ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov Yerli  İdarəetməyə Yardım İctimai Birliyinin təşkilat dəstəyi ilə reallaşan “Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması” layihəsi barədə bilgi verərək onun həyata keçirilməsinin Yevlaxda hədəf olaraq Qaraməmmədli və Malbinəsi bələdiyyələrinin fəaliyyətində yeniliklərə yol açacağından, əhalinin içməli suya olan çıxış imkanlarını artırmaq və su qurğularının yaxşılaşdırılmasına dəstək olmaq sahəsində görüləcək işlərdən söz açdı.

Sonra tribuna alan sözügedən layihənin rəhbəri Vüsal Mirzəyev, Proqram rəhbəri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəsmisi Məryəm Hacı-İsmayılova, Proqram təhlilçisi, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Leyla Fathi layihənin məqsədi, vəzifəsi,  hədəf qrupları və gözlənilən nəticələr barədə məlumatlar səsləndirdilər. Vurğuladılar ki, seçilmiş icmalarda kəndin əlçatan hissələrinə çəkilən artezian su xətləri yerli əhalinin təmiz suya çıxış imkanlarını artıraraq, sağlamlıqlarının qorunub saxlanmasına töhfə verəcəkdir.
Sonra açılış proqramında Yevlaxın Qaraməmmədli və Malbinəsi kənd bələdiyyə nümayəndələri Emin İbrahimov və Teyyub Balakişiyev, eləcə də Bərdənin Seyidyusifli və Qaraqoyunlu kənd bələdiyyələrinin rəsmiləri çıxış edərək təmsil etdikləri qurumlar və fəaliyyət göstərdikləri kəndlər haqqında dolğun məlumatlar verərək, bu layihənin uğurla reallaşacağına ümidlə yanaşdıqlarını açıqladılar.

Keçidlər