Şriftin ölçüsü :

Saytın rəngi :

MÜLKİ MÜDAFİƏ MƏŞQİ KEÇİRİLMİŞDİR

25 aprel 2019 | 16:00

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirmişdir.


Məşqə Regional Mərkəzin aidiyyatı üzrə struktur bölmələri, ŞİH -nin mülki müdafiə qərargahı, müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələrinin, ictimai asayişin mühafizəsi xidmətinin, Yanğın təhlükəsizliyi xidmətinin, Tibb xidmətinin, Rabitə və xəbərdarlıq xidmətinin, Elektrik qəza xidmətinin, Qaz qəza xidmətinin, Su kanalizasiya qəza xidmətinin, Baytarlıq xidmətinin və digər xidmətlərin şəxsi heyəti və texnikaları cəlb olunmuşdu.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılmış, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilmişdir.

Cəlb olunan şəxsi heyət qarşısında çıxış edən ŞİH Başçısının müavini Ceyhun Kərimxanov və Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi, mayor Elşən Bəşirov məruzələrində bildirmişlər ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir – rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasıdır.
Sonda məşqin təhlili aparılaraq yaranan çatışmazlıqlar diqqətə çatdırılmış, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər