Şriftin ölçüsü :

Saytın rəngi :

REGİONAL SEMİNAR – MÜŞAVİRƏ

05 fevral 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin geniş akt zalında Kənd Təsərrüfatı Nazirliyi  yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Kənd yerlərinin kompleks inkişafı  layihəsi” çərçivəsində “Aralıq nəticələrinin muzakirəsi: gələcək fəaliyyətlərə doğru” mövzusunda birgünlük regional seminar-müşavirə keçirmişdir. Əvvəlcədən qeyd etmək yerinə düşər ki, Azərbaycan  Respublikası  ilə  İFAD (Kənd Təsərrüfatının  inkişafı üzrə Beynəlxalq Fond) arasında əməkdaşlıq  hələ ulu öndər hakimiyyətdə olduğu 1997-ci ildən etibarən  başlanıb. Bu təşkilatla  Azərbaycan hökuməti indiyədək birgə 4 layihə həyata keçirib və 5-ci layihə də reallaşmaqdadır. Hazırda icra olunan Kənd Yerlərinin  Kompleks  İnkişafı  Layihəsi  2011-ci ildən  fəaliyyətə  başlamışdır.  Layihəni  Aqrar Kredit və İnkişaf Agentliyi Kənd Təsərrüfatının inkişafı üzrə  Beynəlxalq Fond (İFAD) və İslam İnkişaf Bankı ilə birgə həyata keçirir.  Bütövlükdə  layihəni  həyata keçirməkdə  başlıca məqsəd Yevlax, Ağdaş,  Şəki və Oğuz rayonlarında ərzaq təhlükəsizlyi və gəlirlərin artırılması imkanlarını təkmillləşdirməklə  kənd əhalisinin  rifahını  yaxşılaşdırmaqdır.
Seminar – müşavirəni Şəhər İcra Hakimyyəti Başçısı  Aparatında sosial  iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Allahverdi Quliyev açaraq iştirakçıları ŞİH Başçısı Qoca  Səmədovun adından salamlamış,  seminar – muşavirənin   gedişinə  uğurlar  arzulamışdır.

Seminar – müşavirənin  açılışında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev giriş sözü ilə çıxış etmişdir. Nazirliyin əməkdaşlarından İcmaların inkişafı üzrə mütəxəssis Səfxan  Mustafayev “Layihə  çərçivəsində görülmüş işlər”, rezident sahə mühəndisi Mürsəl Zeynalov, “Təsərrüfatdaxili suvarma kanallarında aparılan təmir – bərpa işləri ilə bağlı vəziyyət”, həmçinin podratçı təşkilatların və təlim şirkətlərinin nümayəndələri layihə çərçivəsində bu günədək görülən işlər, həyata keçirilən tədbirlər barədə faktların  və   rəqəmlərin  dili  ilə  iştirakçılara geniş məlumat  vermişlər.
Seminar – müşavirə maraqlı diskussiya, canlı polemika şəklində keçmiş, həmçinin  iştirakçıların suallarını cavablandırmaqla onlara layihənin icrası yollarından  bəhs edən bukletlərin paylanması ilə başa çatmışdır.

Keçidlər