MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Bu günlərdə FHN-in Aran Regional Mərkəzi Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə “2018-ci ildə rayonda Mülki Müdafiə tədbirlərinin planlaşdırılması, icrası, əhalinin mülki-müdafiə sahəsində maarifləndirilməsi işinin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirə keçirmişdir. Şəhərin idarə-müəssisə, təşkilat rəhbərlərinin, icra və bələdiyyə qurumlarının nümayəndələrinin iştirak etdiyi müşavirəni ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov açmış, hər hansı fövqəladə hadisə baş verərkən onun fəsadlarının aradan qaldırılmasında mülki müdafiənin tələblərinə uyğun davranmağın əhəmiyyətini vurğulamışdır.
Sonra müşavirədə ötən dövr ərzində bu istiqamətdə görülən işlər, mülki müdafiə sahəsində mövcud vəziyyət barədə söhbət getmişdir. Həmçinin iştirakçılar qarşısında FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi mayor Elşən Bəşirov, Regional Mərkəzin Mülki Müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Xaqani Əliyev, Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, baş leytenant Vüqar İbrahimli qəza-xilasetmə və digər fövqəladə hallar baş verən zaman təxirəslınmaz tədbirlərin həyata keçirilməsinin, xüsusilə FHN-in regionda fəaliyyət göstərən qurumları və rayonun aidiyyati idarə, təşkilat və müəssisələri arasında qarşılıqlı əlaqələrin vacibliyindən bəhs edən mövzularda geniş, əhatəli. öyrədici və maarifləndirici məruzə və mühazirələrlə çıxış etmişlər.Müşavirənin sonunda iştirakçıların təklif və müraciətləri dinlənilmiş, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, suallar ətraflı cavablandırılmışdır.