Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ SƏFİRİNİN MÜŞAVİRİ YEVLAXDA GÖRÜŞ KEÇİRDİ

14 oktyabr 2018 | 16:00

Ölkəmizdə fəaliyyət göstərən ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solley şəhərimizdə kompakt şəkildə yaşayan və çoxlarının “qaraçılar” kimi tanıdığı etnik qrupun nümayəndələri ilə görüş keçirdi.


Görüşdə müşavirlə birgə “Həyat” Humanitar Dəstək İctimai Birliyinin rəhbəri Azər Allahverənov, ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov və şəhər bələdiyyəsinin sədr müavini Elçin Qazıyev iştirak edirdilər.
ABŞ səfirinin müşaviri ilə görüş səmimi və maraqlı keçdi. Böyük bir ailənin başçısı olan Əyyub Kərimov qonaqlara təmsil etdiyi etnik qrupu qaraçılar yox, Əcəmi kürdləri kimi təqdim etdi.

Ə.Kərimov, onun anası, ailə üzvləri, görüşə qatılan qonşular ABŞ səfirinin müşavirinin və eləcə də “Həyat” Humanitar Dəstək İctimai Birliyinin rəhbərinin suallarını cavablandırdılar, özlərinin həyat tərzi, çevrələri, adət-ənənələri, mənsub olduqları inanclar  barədə geniş bilgi verdilər.
Onlar yaşadıqları ölkəni doğma Vətənləri adlandıraraq, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq olduqlarını, sevdiklərini dəfələrlə vurğuladılar.

Keçidlər